Menu

Mənzildə qadın meyiti tapılıb

02.12.2017, 16:31
Mənzildə qadın meyiti tapılıb

Səbail rayonunda mənzillərdən birində 73 yaşlı qadın meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1944-cü il təvəllüdlü Teymurova Sədaqət İsrail qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol