«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) yeni milli təhlükəsizlik strategiyası hazırlayır. Strategiyaya «Rusiyanın təcavüzünə qarşı durmaq» metodları da daxil ediləcək.
Ağ Evdəki mənbəyə istinadla bu barədə «WallStreetJournal» nəşri yazıb.
Bundan başqa sənəddə Şimali Koreyadan qaynaqlanan təhlükədən, beynəlxalq terrorçuluqdan, İranın nüvə proqramından, Çinin dünyada artan təsirindən və «Kremlin Qərbdə təbliğat aparmaq cəhdlərindən» də söhbət açılacaq.
Nəşrin məlumatına görə, strategiyanın hazırlanması işlərinə mart ayından - Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu Herbert MakMaster tutandan sonra başlanıb.


Şərhlər
ABŞ rus raketləri Suriyada dinc əhalini və körpələri qıranda dinc dayanmışdı.Görünür,müsəlmanların məhvi onları birləşdiribmiş.İndi rus Avropaya tərəf boylanan kimi rahatlıqlarını itiriblər.Allah zalımların bəlasını versin!