Menu

ABŞ Pakistanı terrorla mübarizəyə çağırdı - Bəs, ABŞ özü?

05.12.2017, 12:05
ABŞ Pakistanı terrorla mübarizəyə çağırdı - Bəs, ABŞ özü?

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pertaqonun rəsmi nümayəndəsi Ceyms Uayt idarənin başçısı Ceyms Mettisin Pakistana səfərinin yekunlarından danışarkən, bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) bu ölkəni terrorçuluqla və ölkədəki silahlılarla mübarizəni ikiqat gücləndirməyə çağırıb.

«Nazir Mettis İslamabadda Pakistanın Baş naziri Şahid Hakan Abbasi və müdafiə naziri Xürrəm Dastagir Xanla görüşüb. O, həm də Pakistanın quru qoşunları komandanı general Kamar Cavad Bacvoyla və kəşfiyyat xidmətinin baş direktoru general-leytenant Navid Muxtarla görüşüb» - Uayt xəbər verib.

Petaqonun nümayəndəsinin sözlərinə görə, Mettis qeyd edib ki, «Əfqanıstanda sülh prosesinin sürətlənməsi işində Pakistan ABŞ və digər ölkələrlə əməkdaşlıq məsələsində mühüm rol oynaya bilər. Bu, bölgəyə sabitlik və təhlükəsizlik gətirərdi».

«Nazir təkrar edib ki, Pakistan ölkə daxilində fəaliyyət göstərən silahlılara və terrorçulara qarşı öz səylərini ikiqat artırmalıdır» - yayılan bəyanatda qeyd olunur.

Mettis öz səfərini dekabrın 5-də Küveytdə başa vuracaq. Burada nazir Küveytin əmiri və ölkənin digər liderləri ilə görüşəcək.

Yayılan məlumatdan elə bir «ilğım-mənzərə» yaranır ki, guya ABŞ özü Yaxın və Orta Şərqdə terrorla və terrorçularla mübarizə aparır. Fəqət, belə deyil və gerçək ondan ibarətdir ki, ABŞ və onun Qərb müttəfiqləri özləri «pərdə arxasında terrorçu və terror istehsal edirlər».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol