Menu

Məşhur klinikada həkimin komaya saldığı qız öldü - Həkim qaçdı

05.12.2017, 16:03
Məşhur klinikada həkimin komaya saldığı qız öldü - Həkim qaçdı

Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib.

"AzPolitika" xəbər verir ki, bu barədə Medicina.az-a qızın valideynləri məlumat verib. Bildiriblər ki, uşaq bu dəqiqələrdə keçinib.

"Əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynov da qaçıb gizlənib. Tapa bilmirik ki, sözümüzü deyək. Xəstəxanadan heç kim çıxıb bir söz demir bizə”.

Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb.

Şərhlər

t.ədalət 2017-12-05 16:03:45

Belə həkimlər ixtisaslarından ömürlük uzaqlaşdırılmalıdır.İkinci səbəb isə "Qrand Hospital"ın rəhbərliyinin tamahı ola bilər.Güman ki,pul dəllalları olan klinika rəhbərləri yüksək qazanc məqsədi ilə həkimləri bacarmadığı işlərə də qoşurlar.Həkimin kəmsavadlığı səbəbindən dünyasını dəyişən qızın valideynlərinə Allah səbr versin!Bir də bizim hüquq-mühafizə orqanları insan ovuna çıxan həkimlərin istintaqı zamanı,Allahdan qorxub rüşvətə aldanmasınlar.Allah günahları bağışlamır!

Bəhram Qarabağlı 2017-12-05 16:03:45

Jurnalist nədən və kimdən bilir ki, pasiyenti komaya həkim salıb? Belə Klinika olduğunu da bilmirəm. Lakin, hədsiz sayda zəruri-həyati və milyonların gündəlik işıq, istilik, səki-küçə və sair məsələri kənarda qaldığı halda dəqiq məlum olmayan, mənbəyi göstərilməyən məlumatlar şou kimi mətbuatı tıxamaqla cəmiyyətin düşüncəsini-beynini də zəhərləyir.

Əlosət Ağayev Şəki 2017-12-05 16:03:45

Mən bir hərbi xidmət əlili, rüşvət əlehdarı olduğuma görə,2014-cü ildən bəri, azərbaycanın savadsız və rüşbətxor səhiyyə işçilıri, 4-il məni get-gələ dalflqdan sonra, məni iki gözdən etdilər.
Dünən mən Mehriban xanıma növbəti müraciətimi ünvanladım.
Mənim müraciətim və azərbaycan səhiyyəsində baş alıb gedən bütün özbaşnalıqlarda bəhs edən məlumatlaı mənə məxsuz Alosat Agayev facebook profilimdə yerləşdirmişəm.



https://m.facebook.com/story.php?story_fbid=533194337013347&id=100009683557607

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol