Menu

Yevlaxda 11 yaşlı yeniyetməni yük maşını vurub

05.12.2017, 21:13
Yevlaxda 11 yaşlı yeniyetməni yük maşını vurub

Yevlax rayonunda 11 yaşlı yeniyetməni avtomobil vurub.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsinin ərazisində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını yol kənarında dilənən 2006-cı il təvəllüdlü Yevlax rayon sakini Zilan Şahlar qızı Rəsulovanı vuraraq ağır xəsarət yetirib. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, Z.Rəsulova Yevlax rayonunun Qaraçılar məhəlləsinin sakinidir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol