ABŞ-ın Helsinki Komissiyasının həmsədri, respublikaçı konqresmen Kristofer Smit Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, məhbus Anar Məmmədlinin atası Asəf Məmmədovla görüşüb. Konqresmen Anar Məmmədlinin və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru, məhbus Bəşir Süleymanlının işləri, vəziyyətləri ilə maraqlanıb.
Smit hər iki seçki müşahidəçisinin azadlığa buraxılması üçün çalışacağını qeyd edib. Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladan Smit Anar Məmmədlinin məsələsinin müzakirə edildiyini deyib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Samir Kazımlının da iştirak etdiyi görüşdə ölkədəki insan haqlarının durumu, siyasi məhbus problemi, yerli seçki müşahidəçiliyinin vəziyyəti və QHT-lərə təzyiqlərlə bağlı müzakirələr aparılıb.
Xəbəri “Media forum” saytına SMDT Mərkəzinin media və ictimaiyyətlə əlaqələr departamenti verib.


Şərhlər