Menu

Çin uyğurlara oruc tutumağı rəsmən qadağan etdi

02.07.2014, 15:58
Çin uyğurlara oruc tutumağı rəsmən qadağan etdi

Rəsmi Pekin Sintszyan-Uyğur Muxtar vilayətində məmurlara, müəllimlərə və şagirdlərə oruc tutmalarını rəsmən qadağan etdi

Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar vilayətində məmurlara, müəllimlərə və şagirdlərə oruc tutmaları rəsmən qadağan olundu. İnterAz-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Çinin hökümət qurumlarından biri rəsmi internet səhifəsində "dövlət işçiləri və şagirdlərə oruc tutmaq olmaz və digər dini fəaliyyətlərdə iştirak edə bilməzlər" - deyə bildiriş yerləşdirib.

Bundan başqa bölgədəki rəsmi radiostansiyalarda da "partiya üzvləri, müəllimlər və gənclər Ramazan tədbirlərində iştirak edə bilməzlər" - deyə elan olunub.

Mərkəzi Hong Kongda yerləşən "South China Morning" qəzeti bu xəbərdarlıqların bir çox rəsmi qurumlar tərəfindən yayımlandığını, Çin rəsmilərinin isə gün ərzində pulsuz yemək məclislərini təşkil etdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol