Menu

Sülh üzrə Nobel mükafatının təqdimetmə mərasimi keçirilib

10.12.2017, 19:48
Sülh üzrə Nobel mükafatının təqdimetmə mərasimi keçirilib

Norveçin Oslo şəhərində Sülh üzrə Nobel mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib. Bu il mükafata Nüvə silahlarının qadağan edilməsi üzrə beynəlxalq kampaniya (ICAN) layiq görülüb.

ICAN təşkilatının adından mükafatı onun icraçı direktoru Beatris Fin və Setsuko Terlou qəbul ediblər.

ICAN təşkilatı 2007-ci ildə təsis edilib, dünyanın 100-dən çox ölkəsində 468 ictimai təşkilatını birləşdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol