Menu

Banklar kreditləşməni 4,2 mlrd. manat azaldıb

11.12.2017, 10:41
Banklar kreditləşməni 4,2 mlrd. manat azaldıb

Bu ilin oktyabrında ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, noyabr ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 707,5 mln. manat təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 259,4 mln. manat və ya 2,16% azalma deməkdir.

Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 4 mlrd. 230,8 mln. manat və ya 26,54% azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol