İranın inkar etməsinə baxmayaraq ABŞ-la gizli əməkdaşlığını ortaya çıxaran dəlillər var
BBC müxbiri Jonathan Marcus bildirir ki, İŞID hücumlarının qarşısını almaq üçün İranının İraqı Sukhoi Su-25 döyüş təyyarələri ilə təmin etməsinə dair güclü dəllilər var.
Bir neçə gün əvvəl isə Rusiya hərbi təyyarələrini bölgəyə göndərməyə başlayıb.
Lakin Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan (IISS) analitiklərin bildirdiyinə görə, növbəti təchizat iyulun birində İran tərəfindən olub.
Bu isə o deməkdir ki, ABŞ – hansı ki, İraqa döyüş təyyarəsi göndərir – bu münaqişənin həllində İranla əməkdaşlıq edir.
Sünni üsyançıların rəhbərlik etdiyi İraq və Şamda İslam Dövləti özünü xəlifəlik - Klikləyin islam dövləti elan edib.
ABŞ İraqa dronlar (hərbi texnika) və vertolyotlar göndərib və fəal şəkildə İsis-lə bağlı kəşfiyyat məlumatı toplayır. Vaşinqton həmçinin, İraqın mövcud hava qüvvələrini “Hellfire” raketləri ilə təmin edir.
IISS Hərbi Balans nəşrinin analitiki Joseph Dempsey İraq rəsmiləri tərəfindən sərgilən təyyarələri nümayiş etdirən videonu diqqətlə tədqiq edib.
O, BBC-ə bildirib ki, İraqda fəaliyyət göstərən bəzi döyüş təyyarələri həqiqətən də İrana məxsusdur.
“Görüntülərin təhlili bu nəticəyə gəlməyə imkan verir,” o əlavə edir. “ İşarələr, seriya nömrələri və kamuflyaj bizim bildiyimiz İran donanmasına uyğun gəlir.”
İran, İnqilabi Mühafizə Alayı (IRGC) tərəfindən idarə edilən az sayda Su-25 təyyarələrinə malikdir.
Maraqlıdır ki, bu hərbi təyyarələrin əksəriyyəti İraq Hava Qüvvələrinə məxsus olub. Yeddi Su-25 təyyarəsi Birici Körfəz Müharibəsi zamanı İranda sığınacaq alıb.
İraqın istəklərinə zidd olaraq, bu təyyarələr saxlanılıb və sonradan İranın xidmətinə istifadəyə veriliblər.
Əlbəttə təyyarənin kimin tərəfindən idarə edildiyini müəyyən etmək çox çətindir.
Cənab Dempsey deyir ki, “İraq əvvəllər bu təyyarələrin idarə edilməsində müəyyən təcrübəyə malik olsa da, ən azı 11 ildir ki, heç bir pilotun uçuş təcrübəsi yoxdur.
“Ona görə də, mülahizə etmək olar ki, bu sahədə müəyyən xarici dəstəyə ehtiyac var,” o deyir.


Şərhlər