«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, rumın dili Moldovada rəsmi olaraq, dövlət dili kimi təsdiqlənmək üzrədir.
Hakim nazirlər kabineti Konstitusiyada dövlət dilinin «moldova dili»ndən «rumın dili»nə dəyişdirilməsi barədə düzəlişi dəstəkləyib və bu barədə qanun layihəsinə müsbət rəy verib.
Hökumət bu zaman Konstitusiya Məhkəməsinə istinad edib. Belə ki, bundan əvvəl Konstitusiya Məhkəməsi Müstəqillik Bəyannaməsində yazıldığı kimi, rumın dilinin ölkədə dövlət dili olmasını tanıyıb. Məhkəmə qeyd edib ki, Müstəqillik Bəyannaməsi Konstitusiya ilə müqayisədə üstün qüvvəyə malikdir.
Hazırda qanun layihəsi parlamentin 4 komissiyasında müzakirə olunur, onlardan ikisi sənədi artıq təsdiqləyib («Yevropeyskaya pravda»).

Şərhlər