Menu

Bu axşam Bakının iki rayonunun su təchizatında məhdudiyyət olacaq

14.12.2017, 18:40
Bu axşam Bakının iki rayonunun su təchizatında məhdudiyyət olacaq

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr 2017-ci il tarixində axşam saatlarında Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "APA-Economics"ə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol