Menu

Mərkəzi Klinikanın sabiq rəhbəri BSM-ə icraçı direktor təyin olunub

20.12.2017, 16:03
Mərkəzi Klinikanın sabiq rəhbəri BSM-ə icraçı direktor təyin olunub

Bakı Sağlamlıq Mərkəzinin (BSM) rəhbərliyində təyinat olub.

“Report”un xəbərinə görə, BSM-in icraçı direktoru vəzifəsinə Mərkəzi Klinik Xəstəxananın sabiq direktoru, türkiyəli Melikşah Acuner təyin edilib.

BSM-in baş həkimi Hikmət Həsənov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. Hikmət Həsənov onu da qeyd edib ki, BSM İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının elmi-praktik bazası rolunu oynayacaq: “BSM bundan sonra publik hüquqi şəxs statusu almış tibb ocağı kimi, fəaliyyətini davam etdirəcək. Bu səbəbdən Mərkəzdə bu günə kimi olmayan yeni şöbələr açılacaq”.

Şərhlər

seymur 2017-12-20 16:03:08

shiraliyevin islahatlari

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol