“Ayna-Zerkalo” qəzetinin hazırda həbsdə olan əməkdaşı Rauf Mirqədirov atasının 40 mərasimində iştirakına icazə verilməməsi ilə bağlı bəyanat verib. Musavat.com-a daxil olan bəyanatda deyilir:
“İstintaq orqanı tərəfindən atamın 40 mərasimində iştirak etməyimə icazənin verilməməsini anlaşıqlıqla qəbul etsəm də, bununla bağlı vəkillərimin istintaqa edilmiş müraciətlərinə heç bir rəsmi cavabın verilməməsini növbəti qanun pozuntusu kimi qiymətləndirirəm. Eyni zamanda mənə bu gündə dəstək olan hər bir şəxsə minnətdarlığımı bildirirəm.”
Rauf Mirqədirov 03 .07.2014-cü il


Şərhlər