Menu

ABŞ Şimali Koreyaya zərbə planı hazırlayır!

21.12.2017, 15:32
ABŞ Şimali Koreyaya zərbə planı hazırlayır!

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respublikasına (KXDR) zərbə endirmək planı üzərində işləyir.

Özəl mənbələrinə istinadla, «Deyli Teleqraf» qəztinin yazdığına görə, Ağ Ev son aylar bu istiqamətdə işləri sürətləndirib.

Nəşrin məlumatına görə, prioritet hədəf kimi Pxenyanın raket atışları keçirdiyi start meydançası və silah anbarları seçilə bilər.

Noyabrın sonlarında Şimali Koreya elan etmişdi ki, onun yeni raketi ABŞ ərazisinin ixtiyari nöqtəsinə nüvə zərbəsi endirə bilər.

Şərhlər

Letif 2017-12-21 15:32:09

Cox gözel sadece xlqı yox o xalqına zülm eden iti öldürsin kim cindi nedi tek onu xalqın canı qurtarsın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol