Bu gecə 13 min 128 dollara qədər düşən Bitcoin-in qiyməti səhər saatlarında bir qədər yüksəlmişdi.
"Marja" xəbər verir ki, ən məşhur virtual pul yenidən sürətlə ucuzlaşır. Coindesk-in məlumatına görə, Bakı vaxtı ilə saat 11:20-də Bitcoin-in qiyməti 12 min 522 dollara düşüb. Təkcə bu gün Bitcoin 15% ucuzlaşıb.
18 Dekabr 2017-ci il tarixində Bitcoinin qiyməti 20 min dolların üzərinə çıxmışdı.
Digər virtual pullar (Bitcoin Cash, Ethereum və Litecoin və s.) da ucuzlaşırlar.
Adətən qiymətin ən yüksək səviyyədən 20% düşməsinə "ayı" bazarı deyilir. Bitcoin qiymətlərində baş verən geriləmə bu tərifə uyğun gəlir. "Marja" xəbər verir ki, Bitcoin rekord səviyyə ilə müqayisədə artıq 35% ucuzlaşıb.


Şərhlər