Menu

"İnter" Moldovadan qələbə ilə qayıdır

04.07.2014, 00:45
"İnter" Moldovadan qələbə ilə qayıdır

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, ölkəmizi bu turnirdə təmsil edən klublardan daha biri - "İnter" də ilk sınağına çıxıb.

Paytaxt klubu Moldovada "Tiraspol"la qarşılaşıb. Cütün taleyini Bakıdakı cavab matçında həll etmək üçün "bankirlər"ə səfərdən sərfəli nəticə ilə qayıtmaq lazım idi. Kaxaber Sxadadzenin komandası bu istəyinə nail olub. Baxmayaraq ki, 3 cavabsız qol vurduqdan sonra arxayınlığa yol verən təmsilçimiz vətənə darmadağınla yox, minimal hesablı üstünlüklə dönməli olub. İstənilən halda, "bankirlər" doğma meydanda cütün taleyini həll edə bilərlər.

Qeyd edək ki, "İnter" "Tiraspol"la cavab matçına bir həftə sonra - iyulun 10-da Bakıda çıxacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol