Bu yaz təhlükəsizlik məqsədi ilə tətbiq edilən yaylaq qadağasını ləvğ edəcəyik.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkaridə çıxışı zamanı deyib. Ərdoğan əhalini yaylaqlarına sahib çıxmağa səsləyib:
“Yaylaqlarınıza sahib çıxın. Terrorçuların kiçik bir təhdidi ilə mal-qaranızı onlara verməyin. Sizi biz qoruyacağıq. Hakkaridə belə gözəl yaylaqlar varkən ətin qiyməti ilə bağlı müzakirələr aparmaq ağılsızlıqdır. Yaylaq qadağası qaldırıldıqdan sonra Hakkaridə heyvandarlığın inkişaf edəcəyinə ümid edirik”.


Şərhlər