Menu

Rusiyadan Azərbaycana 4 reys dayandırıldı

25.12.2017, 20:13
Rusiyadan Azərbaycana 4 reys dayandırıldı

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “Red Wings” aviaşirkətinin Azərbaycana 4 marşrut üzrə uçuş icazəsini geri çağırıb.

Trend-in məlumatına görə, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Kazan-Bakı, Samara-Bakı, Voronej-Bakı və Ufa-Bakı reyslərinə icazə ləğv edilib.

Bu qərara icazənin daşıyıcı tərəfindən müstəqil şəkildə geri çağırılması səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol