Menu

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 7 terrorçunu məhv edib

27.12.2017, 00:37
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 7 terrorçunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında, bu ölkə ilə sərhəddə yerləşən Metina, Qara və Avaşır-Basyan bölgələrində hüquq-mühafizə orqanlarına hücum hazırlayan 7 PKK terrorçusunu məhv edib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, İraqın şimalında PKK terrorçularının məhv edilməsinə dair əməliyyat davam etdirilir.

Əməliyyat zamanı terrorçuların sığınacaqları da aşkar edilib. Antiterror əməliyyatında iştirak edən Türkiyə HHQ təyyarələri öz bazalarına qayıdıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol