Menu

Arvadının gözləri qarşısında qətlə yetirildi

27.12.2017, 18:26
Arvadının gözləri qarşısında qətlə yetirildi

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Rakif Hüseynov həyat yoldaşı ilə sərnişindaşıyan mikroavtobus ilə gedərkən qəfildən bir nəfər onun ürək nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı mikroavtobusun sürücüsü tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun adı yaxın müddətdə açıqlanacaq.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Şərhlər

t.ədalət 2017-12-27 18:26:50

Bu bıçaq məsələsi ,artıq adi hal alıb.Hər gün eşidirik ki,kimisə bıçaqladılar.Dövlət bunun qarşısını almaq üçün ciddi tədbir görməlidir.Bazarların birində Xocalı qaçqını olan 56-58 yaşında bir kişi məni də bıçaqla hədələdi.Cibində gəzdirdiyi finkanı açıq-aydın əlində oynatdı.Sanki indi hamı bıçaqla hərlənir.Polis adamlar üzərində nəzarəti itirməməli,potensial cinayyət daşıyıcılarını məsuliyyətə cəlb etməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol