Menu

Qubada piyadanı maşın vuraraq öldürüb

29.12.2017, 00:03

Qezada-sinmish-padpres-180912Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın mərkəzində 90 YA 078 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomaşın yolu keçmək istəyən 35-40 yaşlı piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol