Menu

Moskvada sürücü avtobusu insanların üzərinə sürüb - 2 nəfər ölüb (VİDEO)

29.12.2017, 11:40
Moskvada sürücü avtobusu insanların üzərinə sürüb - 2 nəfər ölüb (VİDEO)

Rusiya paytaxtı Moskvada sürücü marşurut avtobusunu dayancaqda gözləyən insanların üzərinə sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu yerli hüquq-mühafizə orqanları bildirib.

Hadisə Moskvanın Sxodnensk küçəsində baş verib. Nəticədə iki nəfər ölüb. Avtobus 37 saylı marşrut üzrə hərəkət edirmiş.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol