«AzPolitika.info» Rusiya KİV-nə istinadla xəbər verir ki, bu gün Mahaçqala şəhərində təşəbbüs qrupunun iclası keçiriləcək.
Ayna Həmzətova yanvarın 5-dək sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib.
«Mənim üçün çox vacibdir ki, Dağıstan gözəl, inkişaf etmiş və parlaq imic» qazansın» - deyə, müftinin arvadı Ayna Həmzətova çərşənbə axşamı seçicilərlə keçirdiyi görüşdə deyib.
Həmzətova «İslam» jurnalının baş redaktoru, «Yol» xeyriyyə fondunun həmtəsisçisi və Dağıstan müftisi Əhməd Abdullayevin müşaviridir. Ekspertlər qeyd edirlər ki, jurnalist «dövlətçilik mövqeyinin» tərəfdarıdır, ölkədə müsəlmanlarla rus xalqı və Rusiya pravoslav kilsəsi (RPK) arasında münasibətlərin möhkəmləndirilməsinə çalışır.


Şərhlər