Menu

«Ağ Evdən konfidensial informasiyaların sızması...» - Donald Tramp

31.12.2017, 13:45
«Ağ Evdən konfidensial informasiyaların sızması...» - Donald Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp «Foks nyüs» telekanalına verdiyi müsahibədə deyib ki, Ağ Evdən konfidensial informasiyaların sızması eks-prezident Barak Obamanın hələ də öz postunu saxlamış tərəfdarlarının günahı üzündən baş verir.

«Obama özü şəxsən mənə yaxşı münasibət bəsləyib, amma onun adamları mənə xoş gəlmirlər» - Tamp bildirib.

Bildirilir ki, Trampın prezidentliyinin ilk 4 ayında ABŞ milli təhlükəsizlik komitəsi tərəfindən hazırlanmış məruzəyə görə, hökumətin mərkəzi idarələrindən nəticələri milli təhlükəsizliyə mənfi təsir göstərən 124 məlumat sızması halı baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol