Menu

Neftçalada gənc ailə qəzaya düşüb, bir nəfər ölüb

31.12.2017, 21:12

Qezada-sinmish-padpres-180912Neftçala rayonunun Aşağı Surra kəndində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Aşağı Surra kənd sakini, 1991-ci il təvəllüdlü Sirus Xəyal Ağahüseyn oğlunun idarə etdiyi “Priora” markalı avtomaşın “Mercedes” markalı avtomobillə toqquşub. Sürücü və həyat yoldaşı 1996-cı il təvəllüdlü Kərimova Nuranə Vahid qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq X.Sirusun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol