Menu

Pentaqondan Qara Dənizdəki insidentlə bağlı yeni açıqlama

04.07.2014, 18:18
Pentaqondan Qara Dənizdəki insidentlə bağlı yeni açıqlama

Pentaqon Rusiya reaktivlərinin Qara Dənizdəki bir ABŞ gəmisinin üzərində alçaqdan uçuş etdiyini və Rusiyanın bu hərəkətini qınadıqlarını açıqlayıb.

AzPolitika.info Türkiyənin “Hüriyyət” nəşrinə istinadən xəbər verir ki, polkovnik Stiv Varren (Steve Warren) 10 apreldən bu yana Qara Dənizdə olan “USS Donald Cook” adlı gəminin üzərində silahsız olduğu düşünülən Rusiyaya məxsus Su-24 təyyarələrinin alçaqdan uçuş etdiyini açıqlayıb. Rusiyanı qınadıqlarını ifadə edən Varen baş verənləri "provokativ və professionallığa uyğun olmayan davranış" adlandırıb. Onun sözlərinə görə, bu milli protokollar və iki ölkənin orduları arasında bağlanan razılaşmalara zidd bir hərəkətdir.

Varren Rusiyaya məxsus təyyarənin alçaqdan uçuş etdiyi zaman Amerikan gəmisinin beynəlxalq sularda olduğunu vurğulayıb.

Qeyd edək ki, həmin gəmi hazırda Rumıniyadadır.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol