Menu

Bəşşar Əsəd Suriyaya yeni müdafiə naziri təyin edib

01.01.2018, 20:25
Bəşşar Əsəd Suriyaya yeni müdafiə naziri təyin edib

Suriya prezidenti Bəşşar Əsəd yeni müdafiə nazirinin təyin edilməsi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Məlumatda bildirillir ki, bu vəzifəyə Abdulla Əyyub təyin edilib. A.Əyyub bundan əvvəl Suriya ordusunun qərargah rəisi vəzifəsində çalışıb. Onun sələfi, sabiq müdafiə naziri Fahed Casem əl-Frəc 2012-ci ildə müdafiə naziri təyin edilib.

Ölkənin sənaye naziri vəzifəsinə Məhəmməd Mazin Əli Yusif, informasiya naziri vəzifəsinə isə İmad Abdulla Sara təyin ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol