Menu

Bayram günlərində 12 yol qəzası baş verib - 4 ölü, 15 yaralı

02.01.2018, 13:05

Qezada-sinmish-padpres-180912Bayram günlərində 12 yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Yanvarın 1-də isə respublikanın avtomobil yollarında baş verən 5 yol-nəqliyyat hadisələrində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol