Menu

Türkiyədə Gülən hərəkatı ilə bağlı həbs edilənlərin sayı açıqlanıb

03.01.2018, 18:25
Türkiyədə Gülən hərəkatı ilə bağlı həbs edilənlərin sayı açıqlanıb

Türkiyədə Fəthulla Gülən hərəkatına qarşı aparılan mübarizə çərçivəsində 48 305 nəfər həbs edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin hesabatında deyilir.

Bundan başqa, 2016-cı ilin iyulunda baş vermiş dövlət çevrilişi cəhdindən sonra 96 minə yaxın şəxs saxlanılıb.

Nazirlik Gülən hərəkatına qarşı mübarizənin davam edəcəyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol