Menu

Goranboyda kütləvi dava olub: ölən və yaralananlar var

04.01.2018, 23:28

bicaqdadaaGoranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub. APA-nın qərb bürosunun xəbərinə görə, dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaq xəsarəti alıb.

Kütləvi dava zamanı bıçaqla qətlə yetirilən şəxs Dəliməmmədli qəsəbə sakini 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır. Bıçaq xəsarətləri alanlardan birinin kimliyi bəlli olub. O Dəliməmmədli qəsəbə sakini 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğludur.

İnsident zamanı daha bir neçə nəfərin bıçaqlandığı bildirilir.

Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol