Menu

ABŞ-da 560 milyon dollarlıq cekpotla uduşlu lotereya bileti satılıb

07.01.2018, 15:29
ABŞ-da 560 milyon dollarlıq cekpotla uduşlu lotereya bileti satılıb

ABŞ-ın ən məşhur lotereyalarından biri olan "Powerball"da 560 milyon dollarlıq cekpotla uduşlu lotereya bileti satılıb.Trend-in məlumatına görə, lotereyanın təşkilatçıları xoşbəxt biletin Nyu-Hempşirdə satıldığını bildirib.

Qalibin adı barədə hələlik məlumat verilmir.

Qaydalara əsasən, qaliblər bütöv cekpotu bir neçə il ərzində hissə-hissə, ya da birdəfəlik, daha kiçik məbləğ ala bilər .

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol