Menu

Pulla dolu seyfi oğurlayan şəxs arzusuna çata bilmədi

05.07.2014, 11:57
Pulla dolu seyfi oğurlayan şəxs arzusuna çata bilmədi

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu il martın 1-ə keçən gecə, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Ramil Aslanova məxsus mebel fabrikindən (3-cü Mədən küçəsi) içərisində 19 min 600 manat olan dəmir seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Nicat Zülfiyev tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol