Menu

Bakıya 2018-ci ilin ilk qarı yağır

10.01.2018, 10:30

Leaves_Snow_2Bakıya ilin ilk qarı yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a bildirilib ki, şaxta az olduğuna görə qar yerdə qalmır.

Hazırda Bakıda güclü şimal-qərb küləyi əsir. Axşama doğru külək tədricən mülayimləşəcək.

Qeyd edək ki, ETSN bu gün - yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi barədə xəbərdarlıq etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol