Menu

"2042-ci ilə qədər bundan xilas olacağıq" - Böyük Britaniya

11.01.2018, 20:55
"2042-ci ilə qədər bundan xilas olacağıq" - Böyük Britaniya

25 illik plan çərçivəsində 2042-ci ilə qədər ölkə plastik qablardan tamamilə təmizlənəcək.

Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniya baş naziri Teresa Mey deyib.

O bildirib ki, marketlərdəki sellofanlar, plastik qida qablaşdırmaları və bir istifadəlik plastik su qabları tamamilə ölkədən yığışdırılacaq:

“Keçmişdə ətrafımıza verdiyimiz zərərə indi qorxu ilə baxırıq. Küçələr, dəniz kənarları plastik qablarla çirklənib”.

Qeyd edək ki, aparılan araşdırmalar göstərir ki, plastik məmulatlar təbiətdə 1000 il ərzində yox olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol