Menu

ABŞ vətəndaşı həbs olundu - Səfir XİN-ə çağırıldı

05.07.2014, 15:09
ABŞ vətəndaşı həbs olundu - Səfir XİN-ə çağırıldı

Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ın ölkələrindəki səfiri Con Emersonu nazirliyə çağırıb.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəvərə görə, buna səbəb Almaniyada həbs olunan ABŞ vətəndaşıdır.

Araşdırmalardan sonra məlum olub ki, saxlanılan ABŞ vətəndaşı Almaniyada ABŞ xüsusi xidmət orqanlarının əməkdaşıdır və o, Almaniya haqda məxfi informasiyaları ABŞ-a ötürməklə məşğuldur. ABŞ hökuməti hadisəyə şərh vermək istəməsə də, saxlanılan 31 yaşlı ABŞ vətəndaşı etiraf edərək, Almaniya haqda ölkəsinə gizli məlumatlar ötürdüyünü və ABŞ dan gələn təlimat əasaında hərəkət etdiyini bildirib.

Almaniya mətbuatının verdiyi xəbərə görə, baş vermiş bu hadisə ölkələr arasında münasibətlərə çox ciddi təəsir edəcək.

Qeyd edək ki, bir müddət öncə ABŞ xüsusi xidmət orqanlarının Almaniya kansleri Angela Merkeli telefon danışığını dinlədiyi məlum olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol