Menu

Nazirlik əmək pensiyalarının hesablara nə zaman köçürüləcəyini açıqlayıb

15.01.2018, 10:35
Nazirlik əmək pensiyalarının hesablara nə zaman köçürüləcəyini açıqlayıb

“Bakı şəhəri üzrə əmək pensiyaları sabah hesablara köçürüləcək”.

Bunu “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyi üçün əmək pensiyalarının Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün gecikib: "Köçülürmə yanvar ayının 16-da həyata keçiriləcək. Sonrakı mərhələdə maliyyələşdirmə, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa çatdırılacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda əmək pensiyalarının etibarlı maliyyə təminatı sistemi əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi işlərinin cari ildə də normal qaydada davam etdirilməsinə imkan yaradacaq.

Şərhlər

Pensiyaçı 2018-01-15 10:35:41

Həmişə Bakı şəhərində pensiyaçılar hər ayın 8-10 pensiyalarını ala bilirdilər.198-ci ildə cəmi 4 gün iş günü olmayıb.Bəs niyə köçürmələr 10 gün gecikib? Bu barədə məlumat niyə verilmir? Deməli nazirlik işdə səhlənkarlığa yol verib.Axı pensiyaçılar bu köçürmələrin tarixindən asılıdırlar.Onların rüşvət,korrupsiya yeri yoxdur!

Ulvi 2018-01-15 10:35:41

Bayram zamani camaati pensiyasiz qoyduz daha ne deyeler size ? Hele deyirdiz ki bayramdan qabaq oturacaq hesablara.Qabaqcadan tedbirler gorulmeli idi sisteminiz berbaddir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol