Rusiyanın Perm şəhərində maskalı şəxslər məktəbə hücum edib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə şəhərin Motovilixin rayonunda yerləşən 127 saylı məktəbdə baş verib.
Maskalı iki kişi məktəbə hücum olub.
Nəticədə 8 uşaq və 1 müəllim bıçaq xəsarəti alıb. Bir şagirdin və müəllimənin vəziyyəti ağırdı.
Məktəbə basqın edənlər saxlanılıb.


Şərhlər