“Bu gün Azərbaycanın müxalifət düşərgəsindən dövlətin birinci şəxsi vəzifəsinə iddialılar arasında az və ya çox dərəcədə həm təcrübəsi, həm özünün şəxsi kriteriyaları baxımından ən uyğun namizəd İsa Qəmbərdir”.
Bu sözləri Modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər haqqında danışarkən deyib:
“Əbülfəz Elçibəy indi olmadığına görə mən hesab edirəm ki, İsa Qəmbər müxalifətin bu missiyasını yerinə yetirməyə hələlik tək və yeganə lider sayıla bilər”.
S.Cəlaloğlu deyib ki, İsa Qəmbər istefa verib gedəndən sonra Müsavat Partiyası parçalanmağa başladı.
“Bəzən biz şəxsiyyətin rolunu azaldırıq. Amma istəsək də, istəməsək də bir şeyi bilməliyik ki, xüsusən siyasi partiyanın formalaşmasında şəxsiyyət amili çox böyük rol oynayır. Çünki burada lider həm də imicmeyker rolunda çıxış edir. Bu baxımdan İsa Qəmbərin Müsavatdan getməsi Müsavatın siyasi partiya kimi taleyini həll etdi”.
Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ötən həftəsonu evində infarkt keçirib. Bundan sonra təcili yardımla Mərkəzi Klinikaya aparılıb. Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti yaxşılaşıb. Huşu yerindədir, təzyiqi normaldır. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır.

Şərhlər
İsa müxalifət lideri olaraq son 10 ildə nə iş görüb?Hansı müxalifliyi olub? BU gün də Müsavat müxalifət olduğunu rəsdiqləyə bilməz.Yalan və podxəlim çıxışların məqsədi yenə milləti yatırrmaqdan ibarət olduğu bəllidir.Son illərdə bir dəfə müsavat xalq cəbhəsinin mitinqinə qatılmaq istədi,o da yarımçıq oldu.
Ona görə İsa Qəmbər gizlinə çəkilib,heç bir müxalifliyi hiss olunmur.Müxalifət öndə olmalı,eşidilməli və nəyəsə müxalif olmalıdır.ANcaq bu keyfiyyət nə isa Qəmbərdə,nə də Müsavatda var.
SERDAR BEY COXDA TEVAZUKARLIQ ETMEYIN XAHIS EDIREM SOZUN UREYINIZDEN KECEN HISSESINI DEYIN-DEYIN KI,IKI NEFER NAMIZED VAR BIRI MENEM BIRIDE ISA QENBERDIR CUNKI SIZLER AYRILMAZ QARDASLARSINIZ.
Sərdar Cəlaloğlu nə müxalifətdi.nə iqtidar yanlısı.Uzun illərdir özünü kölgədə saxlayıb,arada bir varlığını bildirir.Ancaq onun kimliyi sual doğurur.Müxalifətdədirsə niyə səsi eşidilmir,partiya üzvləri görükmür,heç bir əməli fəaliyyəti hiss olunmur.Deməli buna da bir quş!
Yoz əgər iqtidar yönlüdürsə onda niyə ona vəzifə verilmir ki. o da talasın.DEməli buna da bir quş!
Brdan aydın olur ki,o özünə isti bucaq tapıb,özü üçün yaşayı.Sadəcə kiminsə göstərişi ilə saytlarda görünür.
bu olkadaki aslmuxalifat ya habsdadir ya xaricda/ sardar na sayaxlayir bilmiram/
Əgər Elçibəydən sonra yeganə müxalifət lideri İsa Qəmbərdirsə demək ki,bu gün siyasət meydanı müxalif cinah sarıdan başsızdır,lidersizdir.Elə müxalifətin son 15 il ərzindəki passiv,impulsiv xarakterli fəaliyyəti də ölkədə müxalif liderin olmamasından xəbər verir...
Sərdar müəllim,Sizin bu fikrinizdən sonra indiyədək Sizin olduqca zəkalı birisi olduğunuza inamım zədələndi.Birincisi,İsa Qənbər türkçülükdən uzaq bir adamdır.İkincisi, Akademiyanın Şərqşünaslıq İnstitutunda çalışdığı vaxtdan indiyədək ortaya heç bir elmi yazı qoya bilməyib.Onun çıxışlarından hiss olunur ki,heç M.Ə.Rəsulzadə haqqında da mükəmməl biliyə malik deyil.Hakimiyyətdə olduğu zaman Şah İsmayıl Xətainin abidəsinin Bakıda ucaldılmasına "badalaq" vurması da onun milli dövlətçiliyə ögeyliyini göstərir.
ala vicdan da yaxsi seydir.Kul olsun o milletin basina ki qasiq(cehri kendi culfa) serdar muxalifet lideri teyin edir.serdar da isa da ikisi eyni sortdur...
İsa Qəmbər heç bir vaxt müxalifətçi olmayıb, gözəl həyat tərzi keçirir, yüksək varı-dövləti. Daha bunun harası müxalifətdir, hi?