Menu

İran Azərbaycan və Ermənistanla ortaq elektrik şəbəkəsi yaratmaq niyyətindədir

18.01.2018, 11:44
İran Azərbaycan və Ermənistanla ortaq elektrik şəbəkəsi yaratmaq niyyətindədir

İran Azərbaycanla elektrik enerjisi mübadiləsini daha da genişləndirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu IRNA agentliyinə müsahibəsində İran elektrik enerjisi paylayıcı şəbəkəsinin baş menecerinin müavini Seyid Zaman Hüseyni (Seyyed Zaman Hosseini) deyib.

S.Z.Hüseyninin sözlərinə görə, əldə edilmiş “swap” razılaşmasına əsasən, qışda Azərbaycan və Ermənistan İrandan elektrik enerjisi idxal edir, yayda isə əksinə, İrana ixrac edirlər. O, həmçinin rəsmi Tehranın bu ölkələrlə sinxronlaşdırılmış ortaq elektrik şəbəkəsi yaratmaq niyyətində olduğunu qeyd edib.

Qeyd edək ki, hazırda İranın elektrik enerjisi ixracı idxaldan 3 dəfə çoxdur.

Şərhlər

t.ədalət 2018-01-18 11:44:22

ermənistanla hansısa iş birliyində bulunmaq şəhidlərimizin ruhuna və torpaqlarımızın bütövlüyünə xəyanətdir.Ərazilərimizin İşğal altında qaldığı bir vaxtda rusiyanın əli ilə "qurulan" bu oyuna getmək ermənilərin törətdiyi cinayyətlərlə barışmaq deməkdir.Lavrov da bunu istəyir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol