İtaliyalı deputat Mikele Nikoletti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti vəzifəsinə təsdiq edilib.
"Report"un Fransa bürosunun məlumatına görə, o, bu posta AŞPA-nın bu gün Strasburqda keçirilən qış sessiyasında təsdiq olunub.
M.Nikoletti bu vəzifəyə yeganə namizəd olub və bu səbəbdən səsvermə keçirilməyib.
Qeyd edək ki, M.Nikolleti 2013-cü ildən bəri Parlament Assambleyasının üzvüdür, 2014-cü ildən AŞPA-da İtaliyanın nümayəndə heyətinə rəhbərlik edir, 2016-cı ildən isə Sosialistlər Qrupunun rəhbəridir.
Qeyd edək ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt sağlamlığı ilə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefasını açıqlayıb.


Şərhlər