Menu

Ərdoğan İhsanoğlunu ilk dəfə "vurdu" - "Nankor"

07.07.2014, 10:47
Ərdoğan İhsanoğlunu ilk dəfə "vurdu" - "Nankor"

Türkiyənin baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Ərzurumda iftardan sonra, açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Ərdoğan bir neçə gün öncə qatıldığı televiziya proqramında İsrail-Fələstin məsələsiylə bağlı açıqlama verən prezidentliyə namizəd Ekmələddin İhsanoğlunun "biz tərəf olmamalıyıq" fikirinə sərt təpki göstərib. Ərdoğan bunu nankorluq adlandırıb.

"Ərzurum işğal edildikdə, İstanbul işğal edildikdə tərəfsiz qalmayan qardaşlarımız darda olduqda biz necə tərəfsiz olmamalıyıq? Bu nankorluqdur. Bu kimliyin inkarıdır. Bunlar haqqı unudublar, vicdanı unudublar. Biz heç vaxt vicdanı qurumuş bir millət olmadıq. Allahın izniylə bu məsələlərdə də vicdanımızı qoruyacağıq."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol