Menu

Suriya və İraqda 300-dən artıq azərbaycanlı uşaq və qadın var

29.01.2018, 11:38
Suriya və İraqda 300-dən artıq azərbaycanlı uşaq və qadın var

Suriya və İraqda radikal dini təsirlərə məruz qalmış 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğu müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S. Heydərov deyib ki, bir uşaq artıq ölkəyə gətirilib, reabilitasiya prosesinə cəlb olunub: "19 uşaq da müəyyənləşdirilib, yaxın vaxtlarda həmin onlar ölkəyə gətirilərək psixoloq, ilahiyyatçı və digər mütəxəssislərin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol