Menu

Müxalifətçi müşahidəçilərdən zorla izahatlar alınmağa başlayıb

09.10.2013, 11:52
Müxalifətçi müşahidəçilərdən zorla izahatlar alınmağa başlayıb

Milli Şuranın (MŞ) prezidentliyə namizədi Cəmil Həsənlinin Ağcabadi rayonunda seçki dairəsi üzrə müşahidəçisi Bəhruz Abdurrəhmanov təzyiqlərə məruz qalır. Bu xəbər Turan-a C.Həsənlinin mətbuat xidmətindən verilib.

B.Abdürrəhmanov YAP Ağcabədi rayon təşkilatına çağırılıb, ondan seçkilərin ədalətli və demokratik keçməsi haqqında zorla izahat almaq istəyiblər.

Ağcabədi rayon icra hakimiyyətinin şöbə müdiri Tariyel Əsədov tərəfindən C.Həsənlinin digər müşahidəçiləri İlkin Həsənli və Ələmşah Quliyev də eyni tale ilə üzləşiblər.

Təzyiqlərə baxmayaraq, adı çəkilən şəxslər izahat yazmaqdan imtina ediblər, bu haqda przidentliyə namizəd C.Həsənlini məlumatlandırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol