Menu

Rusiya kürd dövlətinə “dobro” verdi

07.07.2014, 17:56
Rusiya kürd dövlətinə “dobro” verdi

“Terrorçuların hərəkəti İraqın parçalanmasına gətirərsə, o zaman Rusiya Yaxın Şərqdə müstəqil Kürdüstan və başqa yeni subyektlərin yaranmasının mümkünlüyünü istisna eləmir, ancaq İraqın bütövlüyünün tərəfdarı kimi çıxış edir”.

Musavat.com-un məlumatına görə, bu sözləri prezident Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov kürdlərin müstəqilliklə bağlı referendum keçirmək istəyini şərh edərkən deyib.

“Biz ondan çıxış edirik ki, İraq konstitusiyaya malik vahid dövlət olub və qalır, bu konstitusiya ilə də yaşamalıdır. Bu, həm də onun tərkibindəki kürd muxtariyyətinə aiddir. O ayrı məsələdir ki, terrorçuların zərbələri altında mərkəzdənqaçma prosesləri baş verir və hansısa yeni dövlət quruluşları yaranır. O zaman hər şey mümkündür”, - deyə diplomat vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol