Gürcüstanın Milli Parlament Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, M. Ə. Rəsulzadənin gənclik şəklinin əks olunduğu fotoaçıqca barədə məlumatda onun lentə alınma tarixinin məlum olmadığı qeyd olunub. Açıqcanın arxa tərəfində “Tatar “İqbal” qəzetinin redaktoru Məmməd Əmin Rəsulzadə” yazılıb.
Fotoaçıqcanın yer aldığı unikal kolleksiyanı tarix və dokumentalistika ilə maraqlanan Luarsab Toqonidze 2009-cu ildə Gürcüstanın Milli Parlament Kitabxanasına təqdim edib.
M. Ə. Rəsulzadənin fotoaçıqcasının da yer aldığı kolleksiyaya ümumilikdə 2 min fotoşəkil daxildir. Bu sənədlər müxtəlif vaxtlarda müxtəlif insanlardan əldə olunub.
Gürcü yazıçılar, elm və ictimai xadimlər, incəsənət adamlarının fotoşəkillərinin olduğu bu kolleksiya Gürcüstanın XIX-XX əsr ictimai tarixinin qiymətli mənbəyi hesab olunur.
[gallery size="full" ids="390316,390317,390318"]


Şərhlər
Halbu ki, bu dahi şəxsiyyətin Azərbaycanda (əlbətdəki rəsmi yerlərdə) bir dənə də olsun fotosu yoxdur.Misal var-keçmişinə güllə atanının,gələcəyinə top atılacaq.