Menu

“Prezidentin bizə iradı tamamilə haqlıdır...” - Nazir

31.01.2018, 13:13
“Prezidentin bizə iradı tamamilə haqlıdır...” - Nazir

"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bərpası və abadlaşdırılması ilə bağlı layihə mövcuddur. Hazırda layihənin başa çatdırılması üçün işlər görülür". Bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir əlavə edib ki, layihələndirmənin əsasında işlər görüləcək: "Amma orada insanlar yaşayır və bununla bağlı problemlər var. Bu məsələ həll olunandan sonra işlər görüləcək. Dövlət qurumları bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu çoxdan aktual olan bir məsələdir. Biz bu məsələyə çoxdan diqqət yetirməli idik. Təndiqdən nəticə çıxardacağıq".

Prezident İlham Əliyev ötən ilin dekabrın 29-da Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.

Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

Şərhlər

Alı 2018-01-31 13:13:20

Nazirin reaksiyası onun sanki iraddan bir qram da narahat olmadıgını gosterir...Sanki bütün Azəribaycan mədəniyyətini bonba qoyub partlatsa ona heç kimin hec nə edə bilməyəcəyinə əmindir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol