Menu

Ermənistanda polkovnik-leytenant bıçaqlanıb

01.02.2018, 18:48
Ermənistanda polkovnik-leytenant bıçaqlanıb

Ermənistan güc strukturlarının birinin zabiti bıçaqlanıb.

APA-nın “shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, hadisə İrəvanda baş verib.

Bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılan şəxsin paytaxtın 43 yaşlı sakini olduğu müəyyənləşib. Həmçinin məlum olub ki, o, güc strukturlarının birinin polkovnik-leytenantıdır.

Hadisəni törədən şəxsin artıq saxlanıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol