Menu

İsraillə HƏMAS arasında yeni qarşıdurma

08.07.2014, 09:27
İsraillə HƏMAS arasında yeni qarşıdurma

İsrail ordusu HƏMAS-a qarşı əməliyyata başladığını bəyan edib

İsrailin müdafiə ordusu Qəzza zolağından ölkənin cənubuna davam etməkdə olan raket zərbələrinə cavab olaraq HƏMAS hərəkatına qarşı əməliyyata başladığını bəyan edib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 7-də Qəzzadan buraxılan onlarla raket İsrailin cənub ərazilərinə düşüb.

İsrailin müdafiə ordusunun rəsmi saytında gün ərzində ölkənin cənubuna Qəzzadan 80 raketin buraxıldığı bildirir. 2014-cü ilin əvvəlindən isə İsrail ərazisi 450 dəfə raket zərbələrinə məruz qalıb.

Məlum olduğu kimi, İsrail ərazisinin raket atəşinə tutulmasına görə məsuliyyəti HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam” öz üzərinə götürüb. Qeyd edək ki, Qüdsdə fələstinli yeniyetmə Muhəmməd əbu-Hideyrin qətlə yetirilməsi İsrail-Fələstin sərhədində vəziyyəti son dərəcə gərginləşdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol