“Prezident Administrasiyasından təyinat siyahısı elmin inkişafına yox, əksinə, onun tənəzzülünə yönəlmış düşünülmüş bir addımdır”
Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilərlə bağlı narazılıqlar gündən-günə artır. Seçkilərin nəticələrinin əvvəlcədən müəyyən edildiyini və bu səbəbdən ədalətsiz olduğunu bildirən narazılar mətbuat vasitəsilə Prezident İlham Əliyevdən məsələni nəzarətə götürməyi xahiş edirlər. AMEA-ya yeni üzvlərin seçki əsasında deyil, təyinatla reallaşmasında isə Prezident Administrasiyasını ittiham edirlər. Bu çür ittihamlarla çıxış edən alimlərdən biri də tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri Elman Şahverdiyevdir. İndiyə qədər on dörd beynəlxalq qrant alan (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, 
Çox hörmətli Cənab Prezident!
AMEA-ya “seçkilər” marafonu 2 il yarımdan sonra nəhayət ki, adəti üzrə Prezident Administrasiyasından gələn təyinat siyahısı üzrə keçirildi və 30 iyunda başa çatdı. Bu dəfə hətta əlavə yerlər üzrə də əlavə siyahı göndərildi.
Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayi, Hirş indeksim AMEA-da ən yüksəkdir (bütün elm sahələri üzrə), mən AMEA-dan kənarda qaldım.( Hirş indeksi haqqında: bir alimin Hirş indeksinin, məsələn 5 olması o deməkdir ki, o alimin ən azından 5 məqaləsinə ən azı 5 sitat var).
Sivil dünyada akademiyalara seçkilər, qrantların verilməsi, elmi vəzifələrə seçkilər elmi işlərə sitatlar, Hirş indeksi əsasında keçirilir. Əksər ölkələrdən fərqli olaraq, MDB-də seçilmişlər əlavə maaşla təmin olunurlar (Azərbaycanda müxbir üzvlər 800 AZN, həqiqi üzvlər-1200 AZN əlavə alırlar ki, bu da “seçkilərdə” olan intriqaları dramaturgiya səviyyəsinə qaldırır, “seçkinin” son günləri və saatları isə təyin edənlərın sanki qəsdən sürpriz qərarları ilə yadda qalır, elmə aidiyyəti olmayan şəxslərin varlığını üzə çixarır).
Xarıcdə akademiyalar daha çox alimlərin üzvlük haqqı ödədiyi müzakirə klublarını xatırladır, amma ora əsl seçki keçirilir, yeni yerlər satılmır. Amma üzvlər bir çox preferensiyalara malik olurlar, bəzi jurnallara pulsuz abunə, bəzi konfranslarda ödənişsiz iştirak və sair. Şox maraqlı bir faktı qeyd edim ki, Nobel mükafatı alanların az qala 90 faizinin Hirş indeksi 30-u keçir, onlarla məqalələrinə isə minlərlə və yüzlərlə sitatlar edilir.
Aşağıda bir sıra təyin edilmişlərin bəzilərinin sitatları Thomson Reuters-in Web of Knowledge bazasından, bəzilərininki isə SCOPUS data bazasından götürülüb. Məsələ ondadir ki, hər iki verilənlər bazası bəlli səbəblərdən (sitatları çox aşağıdi deyə maraq yoxdur) Azərbaycan alimlərinin üzünə bağlıdır. Yalnız 2012-ci ildə TR bir müddət öz bazasını alimlərimiz üçün açmışdı. SCOPUS–dakı məlumatları isə hərdən Elsevier jurnalları üçün resenziya fəaliyyəti ilə məşğul olduğumdan və bir müddətə SCOPUS-a girış icazəsi verildiyindən mən özüm tərtib etmışəm. Scholar.google.com isə açıq domendir, amma ordakı sitatlar konservativ deyil. Buna baxmayaraq, müəyyən korreksiya əmsalı ilə SCOPUS və Thomson Reuters-dəki statlar haqqında da təxmini bilgi almaq olar.
Fizika üzrə müxbir üzvlüyə təyin edilənlər arasında 1986-cı ildən xaricdə bir məqalə dərc etdirməyən, yalnız Azərbaycanda bir məqalə dərc etdirmış Rauf Hüseynov da var. O, ilin çoxunu ABŞ-da yaşayır və elmi işlə məşğul olmur.(Thomson Reuters-də-cəmi 25 sitat). Görəsən o, hansı xidmətlətinə görə belə yüksək elmi rütbəyə layiq görülüb?
Digər təyin edilmış müxbir üzv - İskəndər Cəfərov öz yazılı ərizəsi ilə sənədlərini geri almış, sonradan PA-dan göstəriş əsasında sənədlərini geri qaytarmışdır. Maraqlıdir ki, onun adı elektorat üçün dərc olunmuş məlumat kitabçasında olmayıb. Elmi ışlərinə istinadlar hətta scholar.google.com-da belə yox dərəcəsindədir. Bəs görəsən İskəndər Cəfərov hansı xidmətlərinə görə təyin edilib?
Prezident Administrasiyasının müdaxiləsinin sübutu
Təyin edilmişlər arasında 22 ildir Azərbaycandan kənarda Türkiyə və indi Almaniyada yaşayan, yalnız 2013-də doktorluq diplomunu almış (ilkin müdafiəsini Skype-la yaşadığı Almaniyadan etmış), ikili vətəndaşlığına aid ciddi şübhələr olan, elmi işlərinə ən konservativ data bazası olan SCOPUS-da cəmi əlli sitat olan Ənvər Nəhmədov da var. Onun protejesi PA-da elm adamlarına yaxşi məlum olan yüksək çinli bir məmurun Fizika İnstitutunda çalışan həyat yoldaşı, faktiki kurator olan Oktay Ələkbərovdur. Yaşı 70-i haqlayan bu şəxs son 3-4 il ərzində Ənvər Nəhmədovun müəllifi olduğu məqalələrə həmmüəlliflik edərək çox nüfuzlu Physical Review jurnallarında məqalə dərc etdirmış azsaylı Azərbaycanlı alimlərin siyahısına daxil olmuşdur.

Maraqlıdır ki, Elmin İnkişaf Fondunun (EİF) indyə qədər elmə qoyduğu vəsaitin az qala üçdə biri Nazim Məmmədovun adının keçdiyi Pilot və sair layihələrə ayrılıb. Nazim Məmmədovun işlərinə SCOPUS-da yalnız 257 sitat var. Çox qəribədir ki, bu sitatların az qala yarısı Türkiyədə çalışan bir azərbaycanlı alim tərəfindən edilib. Onun məqalələrinin əksəriyyəti konfrans materialları kimi dərc olunub. Görəsən bu necə beynəlxalq konfransdır ki, bir konfrans materialında bir adamın 8-9 təqdimatını çap etdirir. Digər ilginc bir məqam isə milyonlarla qrant almasına baxmayaraq Nazim Məmmədov yalnız tək-tük məqalələrində aparıcı müəllif kimi çap olunub, əksəriyyət məqalələrdə isə o ya sonununcu və ya 5-ci, 6-cı yerlərdə qərar tutub. Elm adamları üçün cavablar çox maraqlı olardı. Əlbəttə, müasir elm xarici alimlərlə geniş əməkdaşlıqdan keçir. Amma hər şeyin həddi var.
Bax indi sual olunur ki, görəsən yenicə direktor təsdiq edilmiş Nazim Məmmədov hansı xidmətlərinə görə yüksək elmi rütbəyə layiq görülüb?
Təyin edilmişlər arasında Aydın Kazımzadənin işlərinə Thomson Reuters-də cəmi 111 sitat var, İsmət Nəcəfovun işlərinə isə cəmi 75 sitat olub. Övsət Abdinovun islərinə isə Thomson Reuters-də 200-ə yaxın sitat olub. Bura onun 3 minlik müəlliflər kollektivi tərkibində CERN-dəki Kollaborasiya işlərinə sitatlar daxil edilməyib. Çünki elmə Hirş indeksini daxil edən alimin təklifinə əsasən belə hallarda sitatların sayı müəlliflərin sayına bölunməlidir (bax: J.E. Hirsch, An index to quantify an individual’s scientific research output, Proceedings of the National Academy of Sciences of the United States, v.102, N46, pp.16569-16572.).
Müqayisə üçün deyim ki, mənim işlərimə sitatların sayı (SCOPUS) 549-dur. Təyin edilmışlərin əksəriyyəti yaşı 75-i çoxdan keçmiş, hətta 80-ı haqlamış şəxslərdir və heç vaxt elmdə xüsusi nailiyyət əldə etməyiblər.
Həqiqi üzvlərə gəlincə isə, həqiqi uzv təyin edilmış Bahadur Tagıyevin işlərinə SCOPUS da cəmi 132 sitat (Hirş indeksi-6), Təyyar Cəfərovun işlərinə 165 sitat (Hirş indeksi-7) var; Cavad Abdinovun işlərinə isə sitatlar çox aşağı iki rəqəmli ədədlə ifadə olunur, Hirş indeksindən isə danışmağa belə dəyməz. Yenə müqayisə üçün xatırladım ki, mənim işlərimə SCOPUS-da 549 sitat var, Hirş indeksim isə 12-dir.
Bildirmək istəyirəm ki, göstəricilərim bütün AMEA üzvləri arasında bütün elm sahələri üzrə ən yüksəkdır və istər Azərbaycanda, istərsə də xarıcdə çalışan bütün həmvətənlərimiz arasında belə ən yaxşılarındandır.
Belə ğörünür ki, PA-nın təyinat siyahısı elmin inkişafına yox, əksinə, onun tənəzzülünə yönəlmış düşünülmüş bir addımdır, çünki bu təyinatlar elmdə ən yüksək rütbələr layiq olmayanlara verilmiş hədiyyədir, AMEA-da çalışan onlarla istedadlı alimlərə mesajdır ki, biz elmi nailiyyətləri sivil dünyada qəbul olunan qaydalara görə yox, öz şəxsi istəyimizə görə, bizə sərf edən formada qiymətləndiririk. Heç də təsadüfi deyil ki, AMEA-nın Thomson Reuters, SCOPUS ilə onların məlumat bazasına girişlə bağlı apardığı danışıqlar

Fizika üzrə təyin edilmişlərin siyahısından görünür kü, siyahı sərti olaraq üç güç mərkəzinin konsensusudur: Prezident Administrasiyası, nüfuzlu bir akademiya və Prezident Administrasiyası Humanitar Siyasət şöbəsi.
Cənab Prezident!
Təyin olunaraq “seçilənlər” haqqında məlumatlardan görünür ki, belə adamların “seçilməsi” AMEA-da onlarla istedadlı elm adamlarını ələ salmaq, elmi ictimaiyyəti məsxərəyə qoymaqdan başqa bir şey deyil, elmin tənəzzülünə yönəlmiş düşünülmüş addımdır.
Xahiş edirəm ki, yaranmış vəziyyətdə AMEA-ya keçirilən seçkilərin nəticələrinin ləğv edilməsi və elm adamları üçün yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz.
Hörmətlə

Fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri
“AzPolitika.info”-dan: AMEA rəhbərliyinin, eləcə də yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Şərhlər